Məmmədyarov ATƏT-i fəal olmağa çağırdı
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.
Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Almaniyaya son iki ildəki səfərlərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


