AZAL-da yoxlama aparılıb
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları da təsdiq edilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş, eyni zamanda, Hesablama Palatasına tövsiyə edilmiş tədbirlərin icrası ilə bağlı fəaliyyət, həmçinin bir sıra digər cari məsələlər də müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


