Azərbaycanda gənc hakim dünyasını dəyişdi

Azərbaycanda gənc hakim dünyasını dəyişdi
  12 May 2016    Oxunub:5902
Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a həmin məhkəmədən məlumat verilib.

Məlumata görə, 36 yaşlı M.Qasımova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Qasımova Mətanət Eynulla qızı 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Binəqədi Rayon Məhkəməsində, Ali Məhkəmədə, Xətai Tikinti Mexanizasiya ASC-də, Xəzər Rayon Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.

AzVision.az


Teqlər:  






Xəbər lenti