Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO

Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO
  12 May 2016    Oxunub:2181
Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini Sərxan Bağırovın təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı onun ailəsinə təqdim edilib.
AzVision.az TTV-yə istinadən xəbər verir ki, Tədbirdə şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən bəhs edilib. Həmçinin çıxışlar zamanı ötən ay Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqların azad ediləcəyini qeyd ediblər.

Sərxan Bağırov Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət üzvü kimi xüsusi xidmətləri ilə seçilib. Mərasimdə ailənin tək övladı olan şəhidin döyüş yoluna həsr olunan videoçarx nümayiş etdirilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti