"Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib. Mərhumun həyat yoldaşı məktubu oxuyanda gözlərinə inanmayıb. Bankdan göndərilən məktubda yazılır ki, Vaqif İbrahimovla 14 sentyabr 2015-ci il tarixli, 035/15/PBN nömrəli kredit müqaviləsi bağlanıb?!" - deyə vəkil deyir.
O, "bankda rəhmətliklərlə müqaviləni necə bağlayırlar" sualına aydınlıq gətirmək üçün Nərimanov filialına yollanıb. Lakin vəkilə də filialdan ağlabatan bir izahat verilməyib. Ə.Qənbərov sənədləri toplayaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır, deyir ki, bank məsələyə aydınlıq gətirməlidir.
"Göndərdikləri məktubda yazırlar ki, guya mərhum həmin müqavilə üzrə borc öhdəliyini icra etmir və bu səbəbdən tutulma onun yüklü əmlakına yönəldiləcək. Mərhumun həyat yoldaşı isə deyir ki, yaşadığı mənzilin yüklü olması ona həmin məktubdan sonra məlum olub. Mərhumun həyat yoldaşı ilə 1997-ci ildən rəsmi nikahda olmasına və həmin evdə qeydiyyatda olmasına baxmayaraq, evin yüklü olması barədə onun razılığı olmayıb", - deyə vəkil Əziz Qənbərov bildirib.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


