Sabiq icra başçısının oğluna vəzifə verildi - FOTO

Sabiq icra başçısının oğluna vəzifə verildi - FOTO
  13 May 2016    Oxunub:16664
Salyanın sabiq icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli yeni vəzifəyə təyinat alıb.
AzVision.az-ın məlumatına görə, Ümid Tahir oğlu Abuzərli Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin III Ərazi Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ü.Abuzərli bu vəzifəyədək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin kordinatoru vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Tahir Kərimov bu ilin mart ayında prezident İlham Əliyevin sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı postundan kənarlaşdırılıb.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti