Bakıda polis bölməsində ölüm hadisəsi

Bakıda polis bölməsində ölüm hadisəsi
  13 May 2016    Oxunub:2408
Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti