`Münaqişənin həllində siyasi yola üstünlük veririk` - XİN

`Münaqişənin həllində siyasi yola üstünlük veririk` - XİN
  13 May 2016    Oxunub:1703
“Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün bütün hüquqlara malikdir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın xarici siyasəti sülhsevərdir: “Azərbaycan diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquq normalarının imkanlarından yararlanır. Bu istiqamətdə uğurlar da əldə olunur. Beynəlxalq birlik bunun diplomatik-siyasi yolla mümkün olduğunu görür. Bunun alternativi olmadığını dəfələrlə vurğulayırlar. Biz də münaqişənin həllini sülh yolu ilə istəyirik. Amma, uzun müddət davam edən acı təcrübə praktikası göstəririr ki, bu istiqamətdə səyləri artırmalıyıq. Beynəlxalq birliyin bu məsələdə daha konkret addımlar atmağa vadar etməliyik”.

X.Xələfov vurğulayıb ki, Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq birliyin təsirləri mütləq lazımdır: “Bu olmasa, münaqişənin sülh yolu ilə həlli yoxdur. Bunu dünya birliyində də dərk etməyə başlayıblar. Ona görə də biz münaqişənin həllində siyasi yola üstünlük verəcəyik. Amma, nə müharibə, nə sülh, daim atəşkəs rejiminin sistematik pozulması şəraitində yaşamaq Azərbaycan xalqının aqibəti deyil. Azərbaycan xalqı sabit və firavan yaşamaq hüquna malikdir. Biz bunu tələb edirik və nail olacağıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti