Siyasi partiyaların maliyyəsi ictimailəşdiriləcək

Siyasi partiyaların maliyyəsi ictimailəşdiriləcək
  13 May 2016    Oxunub:2124
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında «Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”da dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, dəyişikliklə bağlı MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O bildirib ki, əvvəllər partiyaların illik maliyyə hesabatları təqdim edildikdən sonra araşdırılıb, 24 saat müddətində ictimailəşdirilirdisə, indi hesabatlar təqdim edilən andan 1 iş günü ərzində olduğu kimi MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  






Xəbər lenti