Ermənilərin atəşə tutduğu kənddən son görüntülər - VİDEO
Müdafiə Nazirliyinin məlumatına görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
Müdafiə Nazirliyi bəyan edir ki, bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. (Apa tv)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


