Türkiyənin müdafiə naziri Qəbələdədir

Türkiyənin müdafiə naziri Qəbələdədir
  15 May 2016    Oxunub:1205
Türkiyənin müdafiə naziri İsmət Yılmaz Azərbaycana səfərə gəlib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 14-də günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti