Bu seriallar 3 ildən sonra başa çatır

Bu seriallar 3 ildən sonra başa çatır
  16 May 2016    Oxunub:2632
Azərbaycan serial tarixində ilk dəfə “Xəzər” televiziyasının xüsusi layihəsi olaraq 2013-cü ildən 3 il ərzində efirə gedən “Bir ailəm var” və “Həyat sən nə qəribəsən” serialları sona çatır.
AzVision.az xəbər verir ki, indiyə kimi hər iki serialda 85 nəfər əsas rollara, 2500 nəfər aktyor çəkilib. Serial həftədə beş bölüm olmaqla efirə getmiş seriallar mövsümü 560 və 467 bölümlə bitiriblər. Ümumilikdə hər iki serial üçün 1027 seriya ssenarisi yazılıb.

Baş rollarda Səma-Günel Həmidova və Orxan-Kənan Yusifov, Həyat- Asiya Atakişiyeva və Sadiq -Tural Baxışın iştirak etdiyi serial 3 il ərzində ən reytinqli serial kimi azərbaycan kino tarixinə öz möhürünü vurub.

Serialda Azərbaycanın tanınmış aktyorları Nurəddin Mehdixanlı, Suğra Bağırzadə, Əsmər-Həmidə Ömərova, Uğur-Hacı İsmayılov, maraqlı obrazlarla yadda qalıb.

Seriallar. 02.06.2016 və 03.06.2016 iyun tarixində Azərbaycan teleməkanında ilk dəfə olaraq canlı final yayımı ilə sona çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti