`İnsanların şəxsiyyəti alçaldılır` - Deputat

`İnsanların şəxsiyyəti alçaldılır` - Deputat
  16 May 2016    Oxunub:1949
“Jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğuna görə media qanunvericiliyi məsələləri İnsan Hüquqları komitəsində müzakirə olunsa, daha yaxşı olar”.
AzVision.az-ın məlumatına görə, bunu Mətbuat Şurasınnı sədri, deputat Əflatun Amaşov Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan media qanunvericilyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb: “Azərbaycan mediası ilə bağlı müəyyən qanunvericlik dəyişikliklərin edilməsinə ehtiyac var. Bu gün hələ də Azərbaycan media qanunvericiliyi klassik media qanunvericiliyində qalmaqdadır. Biz təkliflərlə çıxış etdikcə cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlarda belə bir fikir yaranır ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik. Media qanunvericiliynə “bloq”, “bloqqer” kimi anlayışları salmalıyıq. Onların izahatlarını dəqiq verməliyik. Bu anlayışlar Azərbaycan media qanuvericliyində yoxdur”.

Ə.Amaşov qeyd edib ki, əgər internet media dövlətdən yardım istəyirsə, redaksiya və redaktor haqqında məlumatları mütləq müvafiq qurumlara tədqim etməldir.

“Bu gün bəzi xəbər portalları və saytları var ki, hələ də onların ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Həmin portallarda, saytlarda insanların şəxsiyyətləri alçadılır və təhqir olunur. Hüququ pozulmuş insanlar da bununla bağlı məhkəmələrə müraciət edəndə onun hüquqlarını pozan şəxsləri tapmaq olmur. Hesab edirəm ki, bununla bağlı ciddi ölçü götürülməli və addımlar atılmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti