Azərbaycan ŞƏT-də təmsil olunacaq

Azərbaycan ŞƏT-də təmsil olunacaq
  17 May 2016    Oxunub:1316
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandum müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, memoranduma əsasən, tərəflərin regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla, narkotik vasitələrinin qanunsuz yayılmasına, kibercinayətkarlıq və transmilli cinayətkarlığa qarşı mübarizə, mədəniyyət və tolerantlığın gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, sözügedən sənəddə Azərbaycanın maraqları tam əks olunub. Deputat qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatındakı güclərlə əməkdaşlıq vacibdir.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti