Şəhid əsgərin medalı anasına verilib
Rayon icra hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, gənclərin iştirak etdiyi mərasimdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.
Mərasimdə çıxış edənlər son illər ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınmasından, düşmənə layiqli cavab verilməsindən danışıblar.
Sonra şəhid Ülvin Məmmədovun layiq görüldüyü medal anasına təqdim olunub. Şəhid əsgərin anası oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


