77 yaşlı kişini şantaj edən qadın tutuldu

77 yaşlı kişini şantaj edən qadın tutuldu
  17 May 2016    Oxunub:1298
Masallı rayonunda kişini şantaj edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini A.Şahbazova mayın 16-da Masallı rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul alıb.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şahbazova tutulub.

AzVision.az


Teqlər:  






Xəbər lenti