Prezident Oljas Süleymenovu təbrik və təltif etdi
Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.
Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.
Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır.
Sizə uğurlar diləyirəm".
Qeyd edək ki, İlham Əliyev bu gün həm də Oljas Süleymenovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Oljas Süleymenov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


