Ermənilərin tarixi abidələrə vurduğu ziyan araşdırılır
“Hazırda araşdırmalar aparılır. Bu proses başa çatdıqdan sonra yaşayış məntəqələrinin bərpası ilə yanaşı tarixi abidələrin, o cümlədən məscidlərin bərpası həyata keçiriləcək”.
Komitə sədri həmçinin məzarlıqlarla əlaqədar qərar layihəsi barədə də danışıb:
“Müvafiq rəylər alınıb və qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Layihəyə Nazirlər Kabinetində baxılıb, düzəlişlər edilib. Hazırda ekspertlər düzəlişlər üzərində çalışır. Bu günlərdə Nazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib, qərar layihəsi üzərində aparılacaq işlər barədə əlavə tapşırıq verilib.
Ekspertlər bu tapşırıq üzərində işləyirlər. Bu, qanun layihəsi yox, Nazirlər Kabineti tərəfindən məzarlıqlarla bağlı verilən qərar olacaq”.







Vaxtında, Aydın, Lazımlı!


