İlham Əliyev `DQR` nümayəndəsini Vyanada danışıqlara buraxmayıb

İlham Əliyev `DQR` nümayəndəsini Vyanada danışıqlara buraxmayıb
  18 May 2016    Oxunub:3101
`Dağlıq Qarabağda yaradılan separatçı rejimin nümayəndəsi iki gün bundan öncə Vyanda baş tutan görüşdə iştirak etmirdi, çünki Azərbaycan tərəfi bunu istəməyib`.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Qarabağın danışıqlarda tərəfi kimi iştirakını istəyir.

“Amma Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu şərtə görə, separatçıların nümayəndəsi danışıqlarda iştirak etməyib. Vyanada görüşün baş tutması üçün Bakının fikirini nəzərə almaq lazım idi.

Əgər Bakının fikiri nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı, bu barədə əvvəlcədən bəyan edilmişdi”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  






Xəbər lenti