Qəzaya düşən təyyarədə 5 Azərbaycan vətəndaşı olub
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb.
Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


