Metropolitendən açıqlama: `Qorxulu hal yoxdur`

Metropolitendən açıqlama: `Qorxulu hal yoxdur`
  19 May 2016    Oxunub:2898
Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızmasının qarşısını alınıb.
Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, su sımzası Beynəlxalq Avtovağzala gedən keçidlərdən birində olub:

“Su sızması tuneldə və ya stansiyada olmayıb. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Əməkdaşlarımız dərhal əraziyə gələrək araşdırma aparıblar. Suyun mənbəyi tapılaraq su sızmasının qarşısl alınıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti