Prezidentdən yeni icra başçısı təyinatları - Sərəncam
AzVision.az xəbər verir ki, prezidentin imzaladığı sərəncama əsasən Qazax rayonunun icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib.
O, digər sərəncamla Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan başqa prezident İlham Əliyev Rəcəb Abas oğlu Babaşovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Əsgərovun qardaşıdır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


