Həbsdə olan `NİDA`çıların vəsatətləri təmin edilmədi

Həbsdə olan `NİDA`çıların vəsatətləri təmin edilmədi
  20 May 2016    Oxunub:1329
Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək Bayram Məmmədov və Qiyas İbrahimov barəsində olan olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətlərə baxılıb.
Bu barədə AzVision.az-a vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, vəsatətlər təmin edilməyib.

E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Q.İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb. Xətai Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:





Xəbər lenti