Azadlıq prospektində su xətləri dəyişdirilir
Yeni layihə çərçivəsində həmin xətlər müxtəlif diametrli polietilen borularla əvəzlənəcək.
Ümumilikdə layihə çərçivəsində 4,5 km uzunluğunda su xətlərinin dəyişdirilməsi nəzərdə tutulub. İşlərin vaxtında və keyfiyyətli icrası məqsədilə ikinövbəli iş rejimi tətbiq olunub, əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib. Bugünədək yenilənməsi nəzərdə tutulan su xətlərinin 1,8 km-lik hissəsində işlər artıq başa çatıb. Təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq.
Qeyd edək ki, əsaslı yenidənqurma işləri Azadlıq prospekti ilə yanaşı Cəfər Xəndan küçəsində də aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


