Xınalıq yolunda dağ uçdu - Yol açıldı (Yenilənib)

Xınalıq yolunda dağ uçdu - Yol açıldı (Yenilənib)
  21 May 2016    Oxunub:2653
Ötən gün Quba-Xınalıq yolunda baş verən dağ uçqunu nəticəsində bağlanan yol açılıb.
Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, 15-20 tonluq qaya parçaları yolun 37-ci km-lik hissəsindən götürülüb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə bərpa olunub.

***

Mayın 20-də gecə saatlarında Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsinə dağlardan qopan qaya parçalarının və torpaq kütləsinin tökülməsi səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi kəsilib.

Gecə saatlarından yolun təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları vasitəsilə ağırlığı 15-20 ton olan qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılır.(AzerTac)

AzVision.az


Teqlər:  






Xəbər lenti