Məmmədyarov Manuel Gonzalez Sanz ilə görüşüb

Məmmədyarov Manuel Gonzalez Sanz ilə görüşüb
  22 May 2016    Oxunub:1677
Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər M. G. Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər. Görüşdə Kosta-Rikanın Azərbaycanda səfirliyinin təsis etməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

AzVision.az


Teqlər:






Xəbər lenti