Metroda vətənpərvərlik nümayişi - FOTOLAR

Metroda vətənpərvərlik nümayişi - FOTOLAR
  23 May 2016    Oxunub:16783
"Bakı Metropoliteni" QSC metro stansiyalarında vətənpərvərliyin təbliğinə başlayıb.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, metro stansiyalarında vətənpərvərlik afişaları vurulub.

"Artıq 6 stansiyada afişalar quraşdırılıb. Metronun "Koroğlu" stansiyasında vətənpərvərlik afişaları proyektorlarla yayımlanır, digər stansiyalarda isə afişa-banerlər yerləşdirilib. Banerlərdə işğal olunmuş Azərbaycan ərazilərinin adları və işğal tarixləri, "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir" şüarları qeyd edilib. Hələlik təbliğat banerləri metronun "Həzi Aslanov", "Xalqlar Dostluğu", "Əhmədli", "Koroğlu", "28 may" və "Sahil" stansiyalarında quraşdırılıb. Yaxın vaxtlarda digər stansiyalarda da bu afişaların yerləşdiriləcək"-deyə N.Paşayev qeyd edib.







Anar Kəlbiyev
AzVision.az




Teqlər:






Xəbər lenti