Keçmiş məhkumdan pulemyot götürüldü

Keçmiş məhkumdan pulemyot götürüldü
  23 May 2016    Oxunub:2724
Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.
AzVision.az xəbər verir ki ,məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Akif Sərxanovdan 1 ədəd nömrəsiz tapança-pulemyot, 5 ədəd patron və 2 ədəd patron darağı götürülüb.

AzVision.az


Teqlər:  






Xəbər lenti