Narkoman ağladı: `Kişi işi deyil bu`– VİDEO
Şıxəli Əliyev dindirilərkən bildirib ki, narkotiki əvvəlcə öz istifadəsi üçün əkib.
Əkdiyi toxumlardan çoxlu məhsul əldə etdiyini gördükdən sonra ona müştəri taparaq satmaq qərarına gəlib.
Saxlanılan şəxs: “Dedim, bir dənə də əkim, özüm üçün saxlayaram çəkməyə. Həyət-bacada qurtarandan sonra, guya belə bir şey olmayıb. Sonra maraqlanaram, görək elə bir adam olar almağa.
Məsələn, 10 manatdır, 5 manatdan verərdim, “nə sən məni tanıyırsan, nə də mən səni” deyərdim. Bir dənə “Qazel”im var, itin günündədir, dedim onu bir az düzəldərəm, yığaram. Təzə ailəliyəm, 3 ildir. Pula görə elədim”.
Kasıbçılığın daşını çirkin əməli ilə atmaq istəyən Şıxəli Əliyev bundan sonra onu tanıyanların üzünə necə baxacağını düşünür:
“Kişi işi deyil bu, biabır oldum e. Bilirsən, necə dost-tanışlarım var. Məni buraxsalar da, bayıra çıxa bilmərəm uje. Mən elə-belə adamlarla oturub-durmamışam. İstəyirdim ki, həyatla ayaqlaşım, şeytan aldatdı məni. Dost-tanış deyəcək ki, sən buymuşsan? İndi gəl başa sal ki, vəziyyət belə olub”.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


