2017-ci il dünya turizim ili olacaq

2017-ci il dünya turizim ili olacaq
  24 May 2016    Oxunub:1510
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci ilin 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib.
Mədəniyyət və Turizim Nazirliyindən AzVision.az-a verilən məlumata görə, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.

2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” BMÜTT-nin icrası, eləcə də Hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Qeyd edirik ki, BMÜTT-nin digər üzv ölkələri ilə yanaşı, “Turizmin davamlı inkişaf ili”nin ölkəmizdə qeyd edilməsi məqsədilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.

AzVision.az


Teqlər:






Xəbər lenti