İtkin düşən iki uşaq atası tapıldı

İtkin düşən iki uşaq atası tapıldı
  25 May 2016    Oxunub:2094
Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu Qabulov tapılıb.
AzVision.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Şöbədən bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qabulov rayonun Zəyəm kəndi ərazisində tapılıb: "Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq Polis Şöbəsinə gətirilib".

Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin bildirdiyinə görə, o, əqli qüsurludur.

AzVision.az


Teqlər:  





Xəbər lenti