`Azərbaycanın ABŞ-la münasibətləri çox rəvandır` - Prezidentin köməkçisi

`Azərbaycanın ABŞ-la münasibətləri çox rəvandır` - Prezidentin köməkçisi
  31 May 2016    Oxunub:2179
“Azərbaycanın bütün dövlətlərlə, həmçinin, ABŞ və Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri çox rəvandır, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu əlaqələr daxili işlərə qarışmamaq və bir-birinin maraqlarını ifadə etmək əsasında qurulub:

“Təbii ki, bu ölkələr sırasında ABŞ da xüsusi əhəmiyyət kəsb edir. Bizim bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır”.

AzVision.az


Teqlər:






Xəbər lenti