Tələbələrə töhmət verilməsinə YAP-dan reaksiya

Tələbələrə töhmət verilməsinə YAP-dan reaksiya
  01 İyun 2016    Oxunub:4819
“Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi barədə sosial şəbəkələrdə yayılan xəbərlər kimlərinsə məqsədli şəkildə müzakirə üçün ortaya atdığı informasiyadır”
Bunu AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

Partiya rəsmisi qeyd edib ki, belə informasiyalar düşünülmüş şəkildə ortaya atılıb: “Qeyd olunan tarixdə kütləvi tədbirimiz keçirilməyib. Ona görə də orada kimlərinsə iştirakı ilə bağlı şayiə yayılırsa, bu barədə heç nə deyə bilmərəm.

Bu, düşünülmüş şəkildə ortaya atılmış addımdır. Onların məqsədi barədə fikir irəli sürə bilmərəm. Ancaq, elə bir kütləvi tədbirimiz olmayıb. Eyni zamanda partiyanın və rayon təşkilatlarının kütləvi tədbirləri zamanı belə bir hala ehtiyac duyulmur. Ehtiyac duylmadığı təqdirdə belə bir addımın atılması qəribədir”- deyə H.Paşayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, filologiya və jurnalistika fakültəsinin III kurs tələbələri YAP-ın may ayının 26-da keçirilən iclasına göndərildiyi halda orada iştirak etməyiblər. Buna görə də sözügedən fakültənin dekanı Sevda Vahabova tərəfindən 14 nəfər tələbəyə töhmət verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti