`İşçı Qrupun fəaliyyəti səmərəlidir` - Çingiz Əsgərov

`İşçı Qrupun fəaliyyəti səmərəlidir` - Çingiz Əsgərov
  01 İyun 2016    Oxunub:1870
“İnsan haqları üzrə İşçi Qrupunda müzakirə olunan məsələlər nəzərə alınır və lazımi qaydada təqdim edilir”.
AzVision.az xəbər verir ki, bunu İnsan haqları üzrə İşçi Qrupun bu gün keçirdiyi dinləmələrdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin son bir neçə əfv sərəncamında məhz İşçi Qrupun təqdimatları öz əksini tapıb:

“Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, açıq-aşkar şəkildə aparılır. Vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir. Qeyri-hökumət təşkilatları bu istiqamətdə fəallıq göstərirlər. Bu, müsbət haldır. Hesab edirəm ki, İşçı Qrupun fəaliyyəti səmərəlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti