“Azərenerji” ötən ili 870 mln zərərlə başa vurub
Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 7,16% artaraq 3,5 mlrd. manata çatıb ki, bundan təxminən 2 mlrd. manatı uzunmüddətli, 1,5 mlrd. manatı isə qısamüddətli öhdəliklərdir. Uzunmüddətli öhdəliklərin strukturuna nəzər salsaq görərik ki, 1,659 mlrd. manat ssudalar və borc vəsaitlərinin uzunmüddətli hissəsi, 234,677 mln. manat dövlət subsidiyalarının payına düşür. Qısamüddətli öhdəliklərin tərkibində isə 725,012 mln. manatla ssudalar və borc vəsaitlərinin qısamüddətli hissəsi, 482,049 mln. manatla ticarət və digər kreditor borcları yer alıb. (Apa)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


