Naxçıvanla bağlı komitə yaradıldı - Vasif Talıbov sədr oldu
Təşkilat Komitəsinin sədri
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Təşkilat Komitəsi sədrinin müavini
Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri
Təşkilat Komitəsinin üzvləri
Nadir Hüseynov – xarici işlər nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Səyyad Salahlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Əsgər Abdullayev – Dövlət Gömrük Komitəsi sədrinin müavini
Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri
Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Dağbəyi İsmayılov – AZƏRTAC-ın baş direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Urxan Ələkbərov – Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Vasif Eyvazzadə – Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi
Əsgər İsmayılov – Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi
Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Təşkilat Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
AzVision.az