Sabiq nazirə qarşı qanunsuz dinləmə ittihamı

Sabiq nazirə qarşı qanunsuz dinləmə ittihamı
  03 İyun 2016    Oxunub:2221
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşı yeni itiham irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu haqda “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib. Onun sözlərinə görə, V.Əsgərovla mayın 24-də görüşüb.

“Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə - 302.2 maddəsi ilə də ittiham elan olundu”

AzVision.az


Teqlər:  






Xəbər lenti