Nərimanovun bir hissəsində su olmayacaq

Nərimanovun bir hissəsində su olmayacaq
  03 İyun 2016    Oxunub:1396
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda içməli su təchizatında məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilən magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar gün ərzində rayonunun bir hissəsində olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:






Xəbər lenti