Binəli Yıldırım Heydər Əliyevin məzarını ziyarət etdi

Binəli Yıldırım Heydər Əliyevin məzarını ziyarət etdi
  04 İyun 2016    Oxunub:2207
Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
AzVision.az xəbər verir ki, baş nazir mərhum prezidentin məzarı önünə əklil qoyub və Heydər Əliyevin xatirəsini yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Daha sonra Türkiyənin baş naziri Şəhidlər Xiyabanını ziyarət edib.

B.Yıldırım “Türk şəhidliyi” abidəsini ziyarət edərək şəhidlərin xatirəsi ehtiramla yad edib, xatirə dəftərinə ürək sözlərini yazıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti