Ramiz Mehdiyev mükafatları təqdim etdi - Fotolar

Ramiz Mehdiyev mükafatları təqdim etdi -  Fotolar
  04 İyun 2016    Oxunub:2767
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib.

AzVision.az-ın məlumatına görə, “Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Dövlət başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mərasim bədii hissə ilə davam edib.













AzVision.az


Teqlər:  






Xəbər lenti