“Qəbələ” gürcü klubunu darmadağın etdi - VİDEO

“Qəbələ” gürcü klubunu darmadağın etdi - VİDEO
  01 İyul 2016    Oxunub:1723
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" Gürcüstanın "Samtredia" klubunu qəbul edib.

"Bakcell Arena"da keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunu ilk dəqiqələrdən hücumlarla başlayan Qəbələ təmsilçisi 15-ci dəqiqədə hesabı açıb. 19-cu dəqəqədə Sergey Zenyov ikinci topu rəqib komandanın qapısından keçirib. Amma bu da oyunda vurulan son qol olmayıb. Hakimin final fiti isə Qəbələnin 5:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə baş tutacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti