Ən yaxşı məşqçilər- Qurbanov 517-ci sırada

Ən yaxşı məşqçilər- Qurbanov 517-ci sırada
  08 Avqust 2016    Oxunub:7036
Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.
AzVision.az-ın məlumatına görə, azərbaycanlı məşqçilərdən yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun adı siyahıda yer alıb.

Ağdam təmsilçisinin çalışdırıcısı 1250 xalla 517-ci sıradadır.

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk isə ən yaxşı məşqçilərin sırasında 1103 xalla 566-cı pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 18 min 112 xalla “Barselona”nın məşqçisi Luis Enrike başçılıq edir. Xosep Qvardiola (“Bavariya”) 14 min 225 xalla 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3 min 514 xalla 3-cüdür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti