Putin ABŞ-a getməkdən imtina etdi
“Bəli, prezident bu il BMT-nin Baş Assambleyasında iştirak etməyi planlaşdırmır”, - Peskov bəyan edib.
Rusiya heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Qeyd edək ki, keçən il Rusiya heyətinə Putin rəhbərlik edirdi. 2015-ci ilin sentyabr ayının 28-də o, BMT-nin kürsüsündən çıxış edib. Rusiya prezidenti BMT-nin 2000-ci, 2003-cü və 2005-ci illərdə keçirilən Baş Assambleyalarında da çıxış edib.
AzVision.az