Kərimovun vəziyyəti kritikdir – Dəfn hazırlığı (FOTOLAR)

Kərimovun vəziyyəti kritikdir – Dəfn hazırlığı (FOTOLAR)
  02 Sentyabr 2016    Oxunub:11503
Özbəkistan prezidenti İslam Kərimov ağır vəziyyətdədir.

AzVision.az xəbər verir ki, bu barədə ölkənin "Xalq sözü" ("Народное слово") qəzeti məlumat yayıb.

Nazirlər Kabinetinin qəzetdə dərc olunan məlumatında qeyd edilib: "Böyük ürək ağrısı ilə bildiririk ki, prezidentimizin vəziyyəti qəfil pisləşib və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər".

Bu arada Özbəkistan prezidentinin vətəni Səmərqənddə onun dəfninə hazırlığın görüldüyü bildirilir.

“Ferqane” agentliyinin jurnalistləri hazırlıq işlərinin fotolarını yayıb. Məlumata əsasən İslam Kərimov anası və iki qardaşının dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.

Özbəkistan prezidentinin ölümü barədə hələlik rəsmi şəkildə elan edilməyib. Mənbə iddia edir ki, prezidentin ölümü barədə bəyanat bu gün veriləcək.

Sentyabrın 3-də isə 78 yaşlı Kərimovun dəfn ediləcəyi qeyd edilir.





Xatırladaq ki, İ.Kərimov ötən şənbə insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti