Dünyanın gözlədiyi görüş başa çatdı - Foto (Yenilənib)

Dünyanın gözlədiyi görüş başa çatdı - Foto (Yenilənib)
  05 Sentyabr 2016    Oxunub:11020
G20 sammiti çərçivəsində Çində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında keçirilən görüş başa çatıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlərin görüşü 1 saatdan çox çəkib. ABŞ tərəfinin təklifi ilə liderlərin görüşündə jurnalistlər iştirak etməyib.

Görüş barədə danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki prezident arasında keçirilən təkbətək görüşün müddəti planlaşdırıldığından daha çox sürüb:

“Liderlər öncə Ukrayna və Suriya ilə bağlı məsələləri müzakirə edib. Görüş yaxşı keçib. Bu istiqamətdə işlər davam edəcək".

***
(09:31)

Çinin Xaçjou şəhərində “G20” sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın görüşü başlayıb.

AzVision.az “RİA novosti” yə istinadən xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.



Qeyd edək ki, daha əvvəl KİV-də ABŞ və Rusiya rəsmiləri Con Kerri və Sergey Lavrovun Suriya məsələsində razılığa gəlməməsi haqda məlumat yayılmışdı.





Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti