Nazirdən tapşırıq: Müasir silahların tətbiqinə hər an hazır olun

      Nazirdən tapşırıq:    Müasir silahların tətbiqinə hər an hazır olun
  28 Mart 2022    Oxunub:868
Müdafiə naziri general-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində keçirilən müşavirdə deyilib.
Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

AzVision.az



Teqlər: Silah   Qarabağ  



Xəbər lenti