Ayaz Mütəllibov son anında nədən danışıb? - Köməkçisindən ilginc açıqlamalar
O, çox gözəl, dəyərli, ziyalı, kübar, müdrik, humanist bir insan idi. Heç vaxt qarşıdurma tərəfdarı olmayıb. Həmişə istəyirdi ki, bütün məsələlər sülh yolu ilə həll olunsun".
"Ömür-gün yoldaşı vəfat etdikdən sonra oğlunun ailəsi ilə yaşayırdı. Son anlarında da oğlu başının üstündə olub, söhbətləşib, vidalaşıblar.
Bir ara mətbutada şayiələr yayılmışdı ki, guya xəstəliyi ilə əlaqədar nitqi tutulub. Bu tamamilə yanlış məlumat idi. Mərhum son anına qədər ünsiyyətdə olub, danışıb. Son anlarında da yalnız Azərbaycanın firavanlığını arzulayırdı.
Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən yardım etmişdi.
Bir sözlə, çox gözəl insan idi. Mən bu illər ərzində ondan çox şey öyrəndim, ən əsası da səbr etməyi...
Bir müddət əvvəl ölkə Prezidentinin, dövlətin nəzarəti altında xəstəxanada əməliyyat olunub, müalicə alırdı".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


