BMT Ukraynada ölən mülki şəxslərin sayını açıqladı

   BMT  Ukraynada ölən mülki şəxslərin sayını açıqladı
  11 Aprel 2022    Oxunub:2193
“Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb”. AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, 2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.

Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.

AzVision.az



Teqlər: BMT  



Xəbər lenti