BMT baş katibi Putinlə görüşəcək

BMT baş katibi  Putinlə görüşəcək
  22 Aprel 2022    Oxunub:805
Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.

Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.

AzVision.az



Teqlər:



Xəbər lenti