Prezidentlər toplaşdı, Putin gəlmədi

Prezidentlər toplaşdı, Putin gəlmədi
  16 Sentyabr 2016    Oxunub:3505
Rusiya prezidenti Vladimir Putinin gecikməsi ilə əlaqədar Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının 25 illik yubiley sammiti planlaşdırılan vaxtdan iki saat gec başlayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“MDB Dövlət Başçıları Şurasının sammiti yerli vaxtla saat 18:00-da başlayacaq. Buna səbəb hava şəraiti ilə əlaqədar Vladimir Putinin Qırğızıstana səfərinin ləngiməsidir”,- deyə bildirilib.

Qeyd edək ki, sammitdə Azərbaycan Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan prezidentləri iştirak edəcəklər. Onlar artıq Qırğızıstandadırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti